kriminal.az
Cəlilabad sakinlərinin NƏZƏRİNƏ: 51 yaşayış məntəqəsinin avtomobil yolları yenilənəcək

Cəlilabad rayonunda 51 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması planlaşdırılır.

"Report"un məlumatına görə, yolların ümumi uzunluğu 127 kilometr təşkil edir.

Ümumilikdə isə, sözügedən yollar üzərində 55 min əhali yaşayır.

Yenidənqurma işlərinə maliyyə vəsaiti ayrılan kimi, növbəli şəkildə başlanacağı bildirilir.

Top
0.081045866012573