kriminal.az
19 ay sonra atası ilə görüşdü - FOTO

Şahzadə Harrinin Böyük Britaniya kralı III Çarlzla 19 ayda ilk şəxsi görüşü olub.

Ölkəa.z milli.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri Bukinqem sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

Ata və oğul arasında görüş "Clarence House"da baş tutub. Görüş 54 dəqiqə davam edib.

Qeyd edilir ki, III Çarlz Londona xərçəngdən müalicə aldığı Aberdinşirdən sentyabrın 8-də, Şahzadə Harrinin Böyük Britaniyaya dörd günlük səfərinin son günündə gəlib. Xatırladaq ki, şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsi ilə münasibətləri bir neçə il pozulub.

Top
0.082971096038818