kriminal.az
Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda 62 yaşlı kişini maşın vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Əhməd Arif oğlu Muradovu VAZ-2106 markalı avtomobil vurub. Piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.079415082931519