kriminal.az
Bakıda güclü yanğın: Bir-birinə bitişik obyektlər külə döndülər

Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində baş verən yanğın söndürülüb.

Bu barədə Kriminal.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

Kriminal.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Həmin görüntüləri təqdim edirik:

Top
0.11959481239319