kriminal.az

Fransanın "Lidl-Trek" komandasının velosipedçisi Jülyen Bernar "Tour de France"ın yeddinci mərhələsində öpüşdüyünə görə cərimələnib.

Mərhələnin marşrutu idmançının evinin yaxınlığından keçdiyinə görə dostları və qohumları ona dəstək olmaq üçün yolun kənarına çıxıblar. Yarışçı yoxuşu başa vurduqda, dostları dəstək sözləri yazılmış tablolarla ona tərəf qaçıblar və Bernardın arvadı onu öpüb.

Buna görə yarışçı 200 İsveçrə frankı (təxminən 378 manat) məbləğində cərimələnib. O, yarış zamanı nalayiq davranışda və idmanın imicinə xələl gətirməkdə ittiham olunub. Velosipedçi etdiyi hərəkətə görə üzr istəyib.

"Belə anlar üçün hər gün cərimə ödəməyə hazıram", - o bildirib.

Mənbə: BBC

Top
0.68941187858582