Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Niderland və İngiltərə milliləri arasında Avropa çempionatının yarımfinal matçının baş hakiminin dəyişdirilməsi imkanını nəzərdən keçirir.
Oyunu almaniyalı hakim Feliks Zvayer idarə etməlidir.
Lakin o, 2014-cü ildə rüşvət almaqda, danışılmış oyun təşkil etməkdə ittiham olunaraq 6 ay müddətinə diskvalifikasiya edilib. Daha sonra Almaniya Futbol Federasiyası Zvayerin hərəkətlərinə bəraət qazandırıb.
Xatırladaq ki, sözügedən yarımfinal oyunu çərşənbə günü, iyulun 10-da Dortmunddakı (Almaniya) "Signal İduna Park" stadionunda keçiriləcək.
Mənbə: championat.com