kriminal.az

"Bavariya" klubunun və Almaniya millisinin hücumçusu Leroy Sane zədə səbəbindən əməliyyat olunub.

Məlumata görə, Almaniya millisi Avropa çempionatından kənarlaşdırıldıqdan sonra Leroy Sane bazar ertəsi Münhendə qasıq nahiyəsindən əməliyyat edilib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçunun əməliyyatı uğurlu alınıb və o, iyul ayının sonlarında komandanın məşqlərinə qatılacaq.

Xatırladaq ki, Leroy Sane Almaniya millisi ilə 2024-cü il Avropa çempionatında keçirdiyi beş oyunun hamısında iştirak edib.

Mənbə: Championat.com

Top
0.047466039657593