Ağdamın "Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə yollarını ayırıb.
Kriminal.Az xəbər verir ki, qolkiper Yunanıstanın "Panserraikos" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.
25 yaşlı təcrübəli qolkiper yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən "Qarabağ"da çıxış edirdi.