kriminal.az
İranda 95 nəfərin həyatına son qoyan terror aktının əsas təşkilatçısı saxlanılıb

İranın Kirman şəhərində 95 nəfərin ölümü ilə nəticələnən terror aktının əsas təşkilatçılarından biri saxlanılıb.

Kriminal.Az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Hələlik saxlanılan şəxsin adı, hansı qruplaşmanın üzvü olduğu barədə məlumat verilmir.

Qeyd edək ki, 3 yanvar 2024-cü ildə Kirman şəhərində general Qasım Süleymaninin dördüncü ildönümü mərasimi zamanı iki ardıcıl partlayış baş verib. Məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.

Top
0.05069899559021