kriminal.az
Fransa yığmasının sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunu çalışdıracaq

Fransa millisinin və PSJ klubunun sabiq baş məşqçisi Loran Blan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu çalışdıracaq.

Kriminal.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin təfərrüatı açıqlanmayıb. Əvvəllər mətbuatda müqavilənin 2026-cı ilə qədər bağlanacağı barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, 58 yaşlı Loran Blanın son iş yeri 2023-cü ilin sentyabrında tərk etdiyi "Lion" klubu olub.

Top
0.051486968994141