Afinanın mərkəzində futbol azarkeşlərinin atəşə tutulması nəticəsində 3 nəfər yaralanıb, 72 nəfər isə həbs edilib.
Kriminal.Az lenta.ru-ya istinadən xəbər verir ki, insident "Panatinaikos" stadionunun yaxınlığında, eyniadlı klubunun AEK-lə oyunundan əvvəl baş verib.
Polisinin qərargahı yaxınlığında rəqib komandaları alqışlayan azarkeşlər qrupları arasında toqquşma olub.
Qarşıdurma nəticəsində 38 yaşlı azarkeş ayağından odlu silahla yaralanıb, 22 yaşlı şəxsin qarnına kəsici alətlə zərbələr endirilib. 25 yaşlı gənc isə döyülərək xəstəxanaya aparılıb.
Zərərçəkənlərin həyatı üçün təhlükə olmadığı qeyd edilir.
Hadisəni yerində araşdırma aparılır.