Ağ Ev jurnalistləri italyan həmkarları Marko Violini ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına qəsddə ittiham ediblər.
Kriminal.Az championat.com-a istinadən xəbər verir ki, "Roma" azarkeşi olan Violi telefonuna gələn çoxlu sayda bildirişlərə görə gecəyarısı oyanıb.
Məlum olub ki, yanlış məlumatı ABŞ-dəki bəzi jurnalistlər yayaraq, atəş açdığı iddia edilən şəxsi - Mark Violetsi italiyalı Marko Violi ilə səhv salıblar. Jurnalistin şəkli hətta televiziyada da nümayiş olunub və onun öldürüldüyü qeyd edilib.
Xatırladaq ki, Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə qulağından güllə yarası alıb. Sui-qəsddə əvvəlcə Mark Violetsin adı hallansa da, sonradan günahkarın Metyu Kruks olduğu təsdiqlənib.