AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən "Zirə"-"Neftçi" matçında qonaq komandanın məşqçisi İsmayıl Məmmədov azarkeşlər tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyindən (DİN) "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən oyunda məşqçinin döyülməsi ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.
"Tərəfimizdən aidiyyəti üzrə futbol klubu ilə əlaqə saxlanılıb, hadisənin təfərrüatı öyrənilib. Vurğulanıb ki, tərəflər arasında şikayətə səbəb olacaq hadisə baş vermədiyi üçün polisə müraciət edilməyib.
Buna baxmayaraq yayılan görüntülərlə əlaqədar ərazi polis orqanında araşdırma başlayıb. Hadisə iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilir. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək" - DİN-dən bildirilib.
AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən "Zirə"-"Neftçi" matçında xoşagəlməz hadisə yaşanıb.
Kriminal.Az xəbər verir ki, bu barədə görüntülər "Neftçi TV"nin canlı yayımında əks olunub.
Matçın 36-cı dəqiqəsində yerli azarkeşlər qonaq komandanın köməkçi məşqçisi İsmayıl Məmmədova hücum çəkərək, onu döyüblər.
Qeyd edək ki, İsmayıl Məmmədov Azərbaycan millisinin sabiq üzvüdür. Veteran futbolçu vaxtilə bir sıra aparıcı klublarımızda çıxış edib.
Həmin görüntüləri təqdim edirik: