Almaniyanın cənub-qərbindəki Albştadt şəhərində (Baden-Vürtemberq federal əyaləti) atışma nəticəsində bir neçə nəfər həlak olub.
Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd olunur ki, daha bir neçə nəfər yaralanıb.
Məlumata görə, atəş açan ovçu olub. Hazırda onlarla polis maşını və iki xilasedici helikopter hadisə yerindədir. Fövqəladə vəziyyət zonası mühasirəyə alınıb.
"Sudwest Presse" qəzetinin yazdığına görə, cinayətdən əvvəl ailə münaqişəsi baş verib, nəticədə kişi üç ailə üzvünü öldürüb, sonra isə intihar edib.