Amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, son səkkiz ay ərzində onun həyatına iki dəfə sui-qəsd cəhdi olub.
Kriminal.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
İş adamının sözlərinə görə, silahlı şübhəlilər "Tesla"nın Texasdakı qərargahından avtomobillə 20 dəqiqəlik məsafədə tutulublar.
"Qarşıda təhlükəli dövr var", - Mask xəbərdarlıq edib.
Dangerous times ahead.
— Elon Musk (@elonmusk) July 14, 2024
Two people (separate occasions) have already tried to kill me in the past 8 months. They were arrested with guns about 20 mins drive from Tesla HQ in Texas.