"Avropa İttifaqı (Aİ) Macarıstanda xarici işlər nazirlərinin görüşünü boykot etmək niyyətindədir. Belə ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Aİ XİN rəhbərlərinin iclasını Budapeştdə oxşar görüşün planlaşdırıldığı tarixlərdə keçirəcək".
Kriminal.Az-ın "Politico"ya istinadla verdiyi məlumata görə, bu barədə Brüsseldəki üç mənbə xəbər verib.
Bildirilir ki, bu, Macarıstan Baş naziri Viktor Orbanın sülh missiyasına cavab olacaq.
Nəşrdə vurğulanır ki, Macarıstan avqustun 28-29-da Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməlidir. Əgər Borrel həmin günlərdə rəsmi iclas çağırsa, diplomatlar Budapeştə gedə bilməyəcəklər. Bu, iyulda Avropa Şurasına sədrliyi öz üzərinə götürən Macarıstanın ittifaqın adından çıxış etmədiyinə dair aydın siqnal olacaq.
Xatırladaq ki, Orban iyulun əvvəlində sülh missiyası çərçivəsində Kiyev, və Pekini ziyarət edərək prezidentlər və Vladimir Putin, eləcə də Çin sədri Si Cinpinlə görüşlər keçirib. Baş nazir bildirib ki, Ukrayna və Rusiyaya səfərləri zamanı dövlət başçılarından sülh danışıqlarını sürətləndirəcək atəşkəs imkanının razılaşdırılıb-razılaşdırılmayacağını soruşub. Orbanın sözlərinə görə, Çin sülh üçün şərait yaratmaqda əsas qüvvə ola bilər.
Orbanın Rusiyaya səfəri Ukrayna və Avropa liderləri tərəfindən pislənib. Avropa Şurasının sədri Şarl Mişel vurğulayıb ki, Budapeştin ittifaq adından Moskva ilə əlaqə saxlamaq üçün mandatı yoxdur. Orban Mişellə razılaşıb və Avropa İttifaqı adından danışıqlar aparmadığını vurğulayıb.