kriminal.az
Şahruddin Məhəmmədəliyev Azərbaycan klublarının təkliflərini qəbul etməyib

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev "Sabah" və "Neftçi"nin təkliflərini qəbul etməyib.

Kriminal.Az xəbər verir ki, bu barədə qapıçının meneceri məlumat paylaşıb.

Futbolçunun meneceri bildirib ki, 29 yaşlı qapıçı Azərbaycana qayıdacağı təqdirdə, "Neftçi" və "Sabah"ın formasını geyinməyəcək.

Qeyd edək ki, bu mövsüm Türkiyə Super Liqasına yüksələn "Eyüpspor" klubu da Şahruddin Məhəmmədəliyevə təklif göndərib.

Top
0.055233001708984