kriminal.az
ABŞ Məxfi Xidməti Trampa sui-qəsd cəhdindən əvvəlcədən xəbərdar olub?

ABŞ Məxfi Xidməti keçmiş ABŞ lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın vurulduğu damın təhlükəli olduğunu əvvəlcədən xəbərdarlıq edib.

Bu barədə Kriminal.Az NBC telekanalına istinadən bildirir.

ABŞ Məxfi Xidmətindəki mənbələrin sayta verdikləri məlumata görə, bununla bağlı əvvəldən müzakirələr aparılıb.

"Təcavüzkarın seçki kampaniyası zamanı keçmiş prezident Donald Trampa atəş açdığı dam, hadisədən bir neçə gün əvvəl məxfi xidmət tərəfindən təhlükəli ərazi kimi müəyyən edilib", - deyə kanal qeyd edib.

ABŞ Məxfi Xidmətinin yüksəksəviyyəli rəsmilərindən biri müsahibəsində bildirib ki, mitinq zamanı mühafizəçilər binanı mühasirəyə almalı və damında keşik çəkməli idilər, lakin heç kim bunu etməyib.

Top
0.052435874938965