Ziqqi adlı labrador cinsindən olan it qayıqdan düşüb və İtaliyadakı evini tapmaq üçün altı kilometr üzərək sahilə çıxıb.
Kriminal.Az 360.ru-ya istinadən xəbər verir ki, iti turist xilas edib.
Marko Çekkon və Marinella Caretta uşaqları və itləri ilə Pellestrina adası sahillərində qayıqla gəzintiyə çıxıblar. Birdən it qayıqdan dənizə tullanıb.
Sahibləri Ziqqinın ardınca suya atılsalar da, iti tez bir zamanda cərəyan aparıb. Onlar sahilə qayıtdıqdan sonra sosial şəbəkələrdə ev heyvanlarını tapmaq üçün kömək istəyiblər.
Sahilə doğru üzən labradoru görən Kseniya adlı turist onlara zəng edib. Bu, Pellestrinadan 6,44 kilometr aralıda yerləşən San Pietro kəndi yaxınlığında baş verib. Ziqqinin bu məsafəni su ilə qət etdiyi bildirilib.