kriminal.az
Adanada dünyanı heyrətə salan kəşf: 53 milyon il əvvəl yaşayan məməli tapıldı

Türkiyənin Adana vilayətinin Feke rayonunda 53 milyon il əvvəl yaşamış və dünyanın ən qədim məməlisi olduğu iddia edilən "Batodonoides vanhouteni" aşkar edilib.

Kriminal.Az bu barədə "Onedio" saytına istinadla xəbər verib.

Bildirilir ki, indiyə qədər yaşamış ən kiçik məməli kimi tanınan canlı fermer tərəfindən görülüb.

Yerli mütəxəssis Tevfik Yüceli sakinlərə müraciət edərək bu cür maraqlı canlıları tapdıqları zaman onlara zərər vermədən öz mühitlərində buraxmalarını, həmçinin Təbiəti Mühafizə və Milli Parklar komandalarına xəbər vermələrini istəyib.

"Bu canlı yer üzündə yaşamış ilk məməlidir. Xüsusiyyət olaraq anatomik quruluşu siçana çox bənzəyir, amma siçandan çox daha kiçikdir. Çəkisi 1,3 qram, dişləri bir millimetrdən daha kiçikdir. Bu tapıntı əslində regionumuz üçün çox əhəmiyyətlidir", - deyə o vurğulayıb.

Top
0.19829797744751