kriminal.az
Mahir Emreli son anda ŞOK TƏKLİF aldı!

Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə gözləmədiyi təklif gəlib.

Kriminal.az sportinfo-ya istinadən xəbər verir ki, son 1 ildə formasını geyindiyi «Nürnberq»də qalmayan forvard karyerasını İngiltərədə davam etdirə bilər.

Çempionşipdə mübarizə aparan «Hall Siti» 27 yaşlı qolçuya dəvət göndərib.

Türkiyəli iş adamı Acun İlcalının sahibi olduğu klub onunla 2 illik müqavilə bağlamaq niyyətindədir. Böyük Britaniya təmsilçisi Mahirin meneceriylə bu yöndə danışıqlara start verib.

Mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan II Bundesliqa komandasına keçən Mahir Emreli çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.

Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt Pauli” və “Kayzerslautern”in maraqlandığı deyilir.

Top
0.05944299697876