Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib.
Kriminal.Az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb.
Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.