kriminal.az

Mövsümlər arası fasilə klublar üçün öz qüvvələrini sınamaq baxımından yaxşı fürsət yaradıb.

Bu fürsətdən yararlanan komandalar hazırda yoldaşlıq görüşləri ilə yerli və beynəlxalq turnirlərə hazırlıqlarını davam etdirirlər.

Belə qarşılaşmalardan birində İstanbulun "Beşiktaş" klubu Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib.

Matçın taleyini Ukrayna komandasının braziliyalı futbolçusu Eqinaldonun 66-cı dəqiqədə vurduğu qol həll edib - 0:1.

Beləliklə də, "qara qartallar" meydançadan məğlub ayrılıblar.

Top
0.32444405555725