UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb.
Kriminal.Az xəbər verir ki, "Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 1:2 hesablı üstünlüyü ilə bitib.
Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.
Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 0:1 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.
Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (4:5) II təsnifat mərhələsinə yüksəliblər.
"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.
09:00
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə "Zirə" "Şerif"i qəbul edəcək.
Kriminal.Az xəbər verir ki, azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədikləri görüş Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
"Dalğa Arena"da baş tutacaq görüşü Bulat Sariyevin başçılıq etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüş "Zirə"nin minimalhesablı qələbəsi ilə başa çatmışdı - 1:0
Anar Həsənov