İtaliya A seriyasında 2024/25 mövsümündə ən yüksək maaşı Duşan Vlahoviç alacaq.
Kriminal.Az Goal.com-a istinadən bildirir ki, "Yuventus"un serbiyalı hücumçusu 22,22 milyon avro qazanacaq.
Çempionatın digər bahalı futbolçularından Viktor Osimhenin ("Napoli") maaşı 12,8 milyondur. O, əlavə 2,56 milyon bonus da ala bilər.
Üçüncü yeri Nikolo Barella ("İnter") və Voytsex Şesnı ("Yuventus") bölüşürlər. Onların maaşı 12,04 milyondur. Barella bonus kimi 0,93 milyon da əldə edə bilər.