Keçmiş UFC çempionu Konor Makqreqor bu ilin sonunda Maykl Çandlerlə döyüşəcək.
Kriminal.Az chempion.com.ua-ya istinadən xəbər verir ki, bu barədə döyüşçü özü məlumat verib.
"Mənim qayıtmağım ilin sonuna planlaşdırılıb. Deməli, qayıtmağa yaxınam. Bir hadisə ilə üzləşdim və qayıdış vaxtını dəyişdirməli oldum.
Mən bunu qəbul edirəm və şikayət etmirəm, davam edirəm. Döyüş bu təqvim ilinin sonuna təyin edilib. Buna görə də mən həyəcanlıyam və həqiqətən geri qayıtmaq istəyirəm", - deyə boksçu bildirib.
Xatırladaq ki, döyüş UFC 303 çərçivəsində iyunun 30-da keçirilməli idi, lakin Konorun zədəsi səbəbindən ləğv edilmişdi.
Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda Dastin Puarye ilə döyüşdə ayağını sındıraraq oktaqondan kənarda qalıb.