"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Kriminal.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.
Müdafiənin hər iki cinahında oynayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, R.Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.