kriminal.az
UEFA Rodri və Alvaro Moratanı cəzalandıracaq

UEFA İspaniya millisinin üzvləri Rodri və Alvaro Moratanı cəzalandıracaq.

Kriminal.Az Skysports.com-a istinadla xəbər verir ki, buna səbəb onların çempionluğu qeyd edərkən Cəbəllüttariqə ərazi iddiası edən mahnı oxumasıdır.

Buna görə də adıçəkilən ölkə UEFA-ya şikayət edib. Hazırda araşdırma gedir və qurum yaxın günlərdə qərarını açıqlayacaq.

Xatırladaq ki, ispanlar qitə turnirinin finalında İngiltərəyə 2:1 hesabı ilə qalıb gəliblər.

Top
0.07843017578125