"Yuventus"un və "Parma"nın keçmiş qapıçısı Canluici Buffon İtaliya millisinin idman direktoru təyin olunub.
Kriminal.Az Marca.com-a istinadla xəbər verir ki, o, həm böyüklərdən, həm də gənclərdən ibarət komandalara nəzarət edəcək.
46 yaşlı italiyalı mütəxəssis 2026-cı ildə keçiriləcək dünya çempionatında milli komandaya yaxşı çıxışı üçün köməkçi ola biləcəyinə ümid edir.
Qeyd edək ki, C.Buffon bundan əvvəl AVRO-2024-də İtaliya millisinin nümayəndə heyətinin rəhbəri olub.