kriminal.az
Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb

Fransalı qaçışçı Sounkamba Silla hicab geyindiyi üçün Paris Olimpiadasının açılış mərasiminə buraxılmadığını deyib.

Kriminal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, tədbir cümə günü, iyulun 26-da baş tutacaq.

Fransada qadın idmançıların yarışlar zamanı hicab geyinməsi qanunla qadağan edilib. Bununla belə, iyun ayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiada zamanı idmançıların Olimpiya kəndində və yarışların keçirildiyi yerlərdə hicab taxa biləcəklərini bildirib.

Qeyd edək ki, 2024-cü il Olimpiadasında Silla 4x400 m məsafədə qadın və qarışıq estafet yarışlarında iştirak edəcək.

Top
1.7348020076752