kriminal.az
Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib

Azərbaycan UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

Kriminal.Az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

Hazırda 24-cü yerə yüksələn ölkəmizin əmsalı 17.750-yə çatıb. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0.250 xal qazandırıblar (bu mərhələdə qələbəyə görə bir xal verilir və ölkənin komandalarının sayına (4) bölünür). Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. Təəssüf ki, "Sumqayıt" evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.

Azərbaycandan bir pillə öndə Rusiya (18.299), bir addım geridə isə Slovakiya (17.625) yer alıb.

55 ölkənin əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.

Top
0.099220037460327