Fransanın paytaxtı Parisdə Oyunlarda Olimpiya məşəli karbon yanacağı ilə deyil, su axını, karbon qazı və işıq ilə yandırılıb.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Oyunların təşkilat komitəsinin rəhbəri Toni Estange danışıb.
"Biz atmosferə qaz emissiyasını azaltmaq üçün aşağı karbonlu oyunların simvolunu yaratmaq istədik. Eyni zamanda, məşəlin Olimpiadanın simvolu olduğunu başa düşürük və biz yeni ekoloji atmosferdən istifadə etmək istədik", - deyə Oyunların təşkilat komitəsinin rəhbəri bildirib.
Qeyd edək ki, Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.