Bazar gününə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.
Qeyd edək ki, Parisdə keçirilən Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.