Çinin mərkəzindəki Hunan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb, altı nəfər yaralanıb.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Yerli vaxtla saat 19:28-ə (Bakı vaxtı ilə 16:28) olan məlumata görə, ərazidə xilasetmə işləri başa çatıb, 21 nəfər dağıntılar altından tapılıb, 15 nəfər ölüb, daha altı nəfər yaralanıb", - məlumatda bildirilir.
Yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 05:18) Çinin mərkəzindəki Yuelin kəndində (Hunan əyaləti) daşqın nəticəsində torpaq sürüşməsi baş verib.