Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda yerləşən Fet Ahmet məscidində qətl hadisəsi baş verib.
Bu barədə Kriminal.Az NTV.com.tr-yə istinadən xəbər verir.
Məlumata görə, məscid imamı Tarık Karadağ naməlum səbəbdən 16 yaşlı gənc tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis və tibb briqadası cəlb edilib. Ağır yaralanan imam xəstəxanaya çatdırılıb, lakın bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qaçan gənc isə saxlanılıb.