kriminal.az
Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti biabırçılıq

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.

Kriminal.Az Olympics.com-a istinadla xəbər verir ki, fransalılar təşkilatçılıqdakı nöqsanları ilə özlərini biabır etməkdə davam edirlər.

Cənubi Sudan və Puerto-Rikonun kişi basketbolçulardan ibarət yığmalarının matçı qalmaqalla başlayıb. Görüşdən öncə Afrika təmsilçisinin himni əvəzinə başqa melodiya səsləndirilib.

Bir müddət keçdikdən sonra təşkilat komitəsi səhvini düzəldib. Amma azarkeşlər baş verənlərə sərt narazılıq ediblər.

Olimpiadanın startından keçən qısa müddətdə üzr istəməyə adət edən təşkilat komitəsi yenə səhvinə münasibət bildirib. Qurumun kommunikasiyalar üzrə direktoru Enn Deskam üzr istəyib: "Əgər belə olubsa, biz üzr istəyirik".

Qeyd edək ki, bu matçda sudanlılar 90:79 hesablı qələbə qazanıblar.

Top
0.091801881790161