Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.
Kriminal.Az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/16 final mərhələsində ispaniyalı Rafael Nadalla üz-üzə gəlib.
Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:1, 6:4). Bu, dünya tennisinin iki canlı əfsanəsi arasında 60-cı qarşıdurmada serbiyalı raketka ustasının 31-ci qələbəsi olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.