"Neftçi" heyətini ukraynalı hücumçu ilə gücləndirib.
Kriminal.Az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Bildirilib ki, "ağ-qaralar" Andrey Ştoqrinlə razılığa gəliblər.
Paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə üç illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.