kriminal.az
İsmayıl Haniyənin öldürüldüyü iqamətgahın görüntüləri yayıldı

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.

Kriminal.Az xəbər verir ki, HƏMAS liderinin birbaşa raket zərbəsi nəticəsində öldürüldüyü iqamətgahın görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.

Kriminal.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbə iddia edir ki, raket zərbəsi endirilən zaman İsmail Haniyə yataq otağında olub.

İsrail ordusunun nümayəndələri HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsini şərh etmək istəməyiblər.

Kriminal.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Xarici KİV-də yayılan məlumatları şərh etmirik", - nəşrə danışan mənbə bildirib.

HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyünü təsdiqləyib.

Qruplaşmanın yaydığı məlumatda qeyd olunur ki, İ.Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra iqamətgahına qayıdıb.

İsrailin raket zərbəsi nəticəsində Haniyə və bir mühafizəçisi ölüblər.

Mənbə: TASS

Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Kriminal.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Qeyd olunub ki, HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket zərbəsinə məruz qalıb. Haniyə ilə yanaşı, onun mühafizəçilərindən biri də həlak olub.

Top
0.08120584487915