HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsraildə bəzi insanlar şirniyyat paylayıblar.
Bu barədə Kriminal.Az sosial şəbəkələrdə yayılmış videogörüntülərə istinadən bildirir.
Həmçinin Qüdsdəki yəhudilər də Haniyənin şəhadəti münasibətilə insanları şirniyyata qonaq ediblər.
Bununla bağlı videolarda insanların küçədə gedənlərə və avtomobil sürücülərinə yaxınlaşaraq əllərindəki şirniyyatları təqdim etdikləri kadrlar yer alıb.