"Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə ABŞ-nin əli yoxdur".
Kriminal.Az CNA portalına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
O, ABŞ-nin Haniyənin öldürüləcəyi barədə əvvəlcədən heç nə bilmədiyini və bu sui-qəsddə əli olmadığını bildirib.
Blinkendən HƏMAS-ın siyasi bürosunun rəhbərinin öldürülməsinin Qəzza zolağında müharibənin gedişatını dəyişib-dəyişdirməyəcəyi barədə soruşduqda deyib:
"Fərziyyələr qurmaq çox çətindir və illər ərzində başa düşdüm ki, heç vaxt bir hadisənin digərinə təsiri barədə fərziyyə yürütmək olmaz".