kriminal.az
Avstraliyalı üzgüçü açıqladı: Sena çayında infeksiyaya yoluxmamaq üçün...

Avstraliyalı üzgüçü Moyşa Conson Paris-2024 Olimpiya Oyunlarında idmançıların Sena çayında üzdükdən sonra özlərini bakteriyalara yoluxmaqdan necə qoruduqlarının sirrini bölüşüb.

Bu barədə Kriminal.Az "The Independent" nəşrində istinadən xəbər verir.

"Coca-Cola" haqqında mif doğrudur. Biz üzdükdən sonra tez-tez "Cola" içirik, sadəcə içimizdən nəyisə yuyub çıxarmağa çalışırıq", - deyə qadın üzgüçü bildirib.

Qeyd edək ki, avqustun 4-də belçikalı triatlonçunun Sena çayında çimdikdən sonra bağırsaq infeksiyasına yoluxması barədə məlumat yayılıb. Həmçinin Yeni Zelandiyadan olan triatlonçu da özünü pis hiss etməsindən şikayətlənib.

Xatırladaq ki, Sena çayında üzmək 1923-cü ildə qadağan edilmişdi. Olimpiadadan əvvəl Paris hakimiyyəti çayın təmizlənməsi və tullantı sularının axıdılması sisteminin yenidən qurulması işlərinə başlayıb.

Daha əvvəl isə Paris meri Olimpiya Oyunlarında Sena çayında çimdikdən sonra triatlonçuların xəstələnməsi ilə bağlı xəbəri saxta adlandırıb.

Top
0.080305099487305