kriminal.az
İranın Livandakı səfirliyi

"İran ölkənin istənilən nöqtəsindən düşməni hədəfə ala bilər".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Livandakı səfirliyindən bildirilib.

Diplomatik mənbə "Hizbullah"ın "Emad-4" yeraltı raket bazasını istismara verməsinə münasibət bildirib.

"Biz yerin altında, qayaların və dağların içində yerləşən raket qurğularına fars dilində "raket şəhərləri" deyirik. Bu şəhərlər İranın bütün coğrafiyasında mövcuddur və İranın düşmənlərinin qəlbinə qorxu salır. Lazım gələrsə, İranın istənilən nöqtəsindən düşmənə hücum edə bilərik", - deyə Beyrutdakı səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd edək ki, bir neçə saat öncə "Hizbullah" "Emad-4" yeraltı raket bazasının videosunu nümayiş etdirib.

Top
0.069288969039917