kriminal.az
Ermənistan Müdafiə Nazirliyi hərbi xidmət müddətini 6 ay azaltmağı təklif edir

Ermənistan Müdafiə Nazirliyi mülki hərbi xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsini nəzərdə tutan layihə hazırlayıb.

Kriminal.az "Sputnik Armenia"ya saytına istinadən xəbər verir ki, layihə "e-draft.am" saytında dərc edilib və müzakirəyə çıxarılacaq.

Hərbi xidmətə çağırılanların sayının müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması ilə azaldılması planlaşdırılır.

Təşəbbüsün 2026-cı ilin yay çağırışından tətbiq olunması nəzərdə tutulur.(apa)

Top
0.067173004150391