kriminal.az
Almaniyanın ən böyük sənaye konsernində baş vermiş yanğını söndürə bilmirlər

Almaniyanın yanğınsöndürmə xidmətləri təxminən 30 saatdır ki, ölkənin ən böyük sənaye konserni olan "Thyssenkrupp"un Felklinqen şəhəri (Saar federal əyaləti) yaxınlığındakı anbarında baş vermiş yanğını söndürə bilmirlər.

Kriminal.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, cümə axşamı saat 05:00-da (Bakı vaxtı ilə 07:00 - red.) baş verən yanğının söndürülməsində 200-ə yaxın xüsusi təyinatlı və polis əməkdaşı iştirak edir.

"Yanğın 30 saata yaxındır söndürülür və hələ də nə vaxt söndürüləcəyini bilmirik", - deyə yanğınsöndürmə xidmətinin əməkdaşı Lukas Lyaynenbax bildirib.

Qeyd olunur ki, tüstü buludu artıq yanan obyektdən 15 km aralıda yerləşən Saarbrüken şəhərinə çatıb. Bildirilir ki, yanğın nəticəsində "Thyssenkrupp" anbarı qismən dağılıb.

Yanğının səbəbi müəyyənləşdirilir. Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə konsernin anbarının qarşısındakı yerdə başlayıb, daha sonra alov bütün binaya keçib.

Top
0.053561925888062