kriminal.az
İzmirdə meşə yanğını yaşayaış yerlərinə çatdı: Əhali təxliyə edildi

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə genişlənərək yaşayış yerlərinə çatıb. Bölgədə bir bina yanıb, çox sayda ev boşaldılıb.

Kriminal.Az "Hürriyet"ə istinadən xəbər verir ki, vilayətin Karşıyaka rayonunda dünən axşam saatlarından başlayan yanğın ətrafa yayılıb.

Bölgəyə 5 təyyarə, 15 helikopter və çox sayda texnika cəlb edilib. Yanğınsöndürmə işləri səhərə qədər davam edib. Bu gün bölgədə əsən küləyin sürəti saatda təxminən 80 kilometrə çatıb. Bu səbəbdən təyyarələr bir müddət yanğına müdaxilə edə bilməyib. Qurudan müdaxilələrə baxmayaraq, alovun böyük hissəsi iş yerlərinə yayılıb. Əhali təxliyə edilib. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerinə yollanıb. İzmir valisi Süleyman Elban hadisə ilə bağlı açıqlama verərək hələlik itkilərin olmadığını, lakin bəzi yaşayış evlərinin yandığını deyib. Alovla mübarizəyə havadan və qurudan müdaxilə davam edir.

Top
0.051694869995117