kriminal.az
Aleksandr Sırski:

Ukrayna silahlı qüvvələri bu gün Kursk vilayətində (Rusiya) daha 1-3 km məsafədə irəliləyib.

Kriminal.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Aleksandr Sırskinin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hücum qrupunun qoşunları döyüşləri davam etdirir.

O, həmçinin Prezident Volodimir Zelenskiyə bildirib ki, general-mayor Eduard Moskalyov artıq Kursk vilayətinin komendantı vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, avqustun 6-da USQ Rusiyanın Kursk vilayətində xüsusi əməliyyata başlayıb. Bu müddət ərzində Ukrayna artıq Kursk vilayətində 82 yaşayış məntəqəsini (1150 kv.km ərazi) nəzarətə götürüb.

Orada general-mayor Eduard Moskalyovun rəhbərlik etdiyi hərbi komendantlıq yaradılıb.

Top
0.038434982299805