ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın F/A-18 qırıcı-bombardmançı təyyarəsi Suriya səmasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus "An-30" təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
Kriminal.Az-ın məlumatına görə, bu barədə TASS agentliyi xəbər yayıb.
Məlumata əsasən, Homs əyalətinin Əl-Tanf rayonu üzərində, 6 700 metr yüksəklikdə, F/A-18 koalisiyaya məxsus qırıcı-bombardmançı təyyarənin təhlükəli yaxınlaşması baş verib.
Qeyd olunur ki, rusiyalı ekipaj toqquşmanın qarşısını almaq üçün dərhal lazımi tədbirləri həyata keçirib.