kriminal.az
Millətlər Liqası: İngiltərə İrlandiyanı sabiq

UEFA Millətlər Liqasında növbəti oyunlar baş tutub.

Kriminal.Az xəbər verir ki, İrlandiyanın qonağı olan İngiltərə seçməsi səfərdə rəqibinə şans verməyib - 2:0.

Maraqlıdır ki, ingilislərin hər iki qolunu əvvəllər İrlandiya millisində çıxış etmış futbolçular - Deklan Rays və Cek Qriliş vurublar.

Digər oyunlarda Gürcüstan evdə Çexiyanı darmadağın edib - 4:1. Latviya səfərdə Ermənistana eyni hesabla uduzub - 4:1. Moldova isə Maltadan üstün olub - 2:0.

Top
0.11982297897339