kriminal.az
Türkiyə Superliqası:

Türkiyə Superliqasının 12-ci turunda "Fənərbağça" "Kayserispor"un qonağı olub.

Kriminal.Az xəbər verir ki, matç İstanbul klubunun böyük üstünülüyü ilə başa çatıb.

"Sarı-lacivərdlər" meydan sahiblərinin qapısından altı top keçiriblər. Kayseri futbolçuları bu qollardan ancaq ikisinin əvəzini çıxmağı bacarıblar - 2:6.

Bu nəticədən sonra "Fənər" 29 xalla yarış cədvəlində ikincidir. O lider "Qalatasaray"dan bir oyun çox keçirsə də, 2 xal geri qalır. "Kayserispor" isə 12 xalla 15-cidir.

Top
0.076183795928955